Tarkanın yeni görünüşü gündəm oldu - FOTO

Tarkanın yeni görünüşü gündəm oldu - FOTO
Türkiyənin məşhur pop ifaçısı Tarkan Almaniyada verdiyi konsertdən sonra imicində etdiyi dəyişikliklə diqqət mərkəzinə düşüb.
İstanbul və Ankaradakı konsertlərindən sonra Almaniyanın Dortmund şəhərində səhnəyə çıxan sənətçi konsert başa çatan kimi saçlarını qısa kəsdirib.
Tarkan yeni görünüşünü sosial media hesabında paylaşaraq izləyicilərinə belə müraciət edib: "Dortmund konsertində səhnədən düşən kimi yay üçün saçlarımı səhnə arxasında çox qısa kəsdirdim. Necə görünür? Bəyəndinizmi?"
Paylaşım qısa zamanda sosial şəbəkələrdə böyük maraq doğurub. İzləyicilər Tarkanın yeni imicini çox bəyəndiklərini bildirərkən, məşhur simalar da paylaşımı şərhsiz qoymayıb.
Müğənni Demet Akalın paylaşımın altına "Həmişə nömrə bir" şərhini yazıb. Ebru Polat isə "İnsan hər cəhətdən gözəl ola bilərmi?" sözləri ilə Tarkanın yeni görünüşünü tərifləyib.





Geri qayıt