“Polisdə barışdıq, paylaşımları qarşılıqlı sildik” – Manaf Ağayev
Sənətçi bildirib ki, polis idarəsində tərəflər arasında qarşılıqlı razılıq əldə olunub: "Hər ikimiz paylaşımlarımızı sildik. Öpüşdük, görüşdük, sağollaşdıq.
İndi baxıram ki, bəzi saytlar yazır, guya mən paylaşımımı silmişəm, qarşı tərəf isə silməyib. Bu, doğru deyil. Biz qarşılıqlı razılığa gəlmişik. Arada belə söz-söhbətlərə ehtiyac yoxdur”.
