Nigar Fərhad “Arzum”un tərəfini seçdi – İddiaçı tərəfi qınadı
"Arzum9999" səhifəsində yayılan və böyük rezonans doğuran paylaşımlarda Nigar Fərhad qarşı tərəfə - mərhum Amal Məlikovun ailəsinə ağır ittihamlar irəli sürüb."Məqsədiniz hamını yalvartmaq idi. Ləzzət eləyir sizə bu millətin sizdən asılı olması. Tolik düz deyir, gündə bir hava çalırsınız. Dünən deyirsiz, barışıq edirik, bu gün deyirsiz, qapıma gəlməsin. Siz "Pişik" Günel, Tolik, Röya, Aygün Kazımovanın qəbuluna düşə bilərdiniz?"
Nigar Fərhad Məlikovların keçmişini xatırladaraq, sənət dünyasının məşhur simalarının adlarını sadalayıb. O, "Arzum9999"un məhkəməsində iddiaçı tərəfin "Arzum"a ürəyi ağrıyan insanların hissləri ilə oynadıqlarını qeyd edib:
"Sizdə mərhəmət gördüm, elə bildim o balaca uşağa qıymarsınız. Siz milləti dolayırsınız e, siz balaca uşağı vecinizə alansınız?!"
