60 yaşlı Məleykə Əsədova tanınmaz halda - VİDEO

60 yaşlı Məleykə Əsədova tanınmaz halda - VİDEO Xalq artisti Məleykə Əsədovanın izləyicilərini yenə heyrətləndirib.
"Yeni Sabah" xəbər verir ki, cəmi 2 ay əvvəl 60 illik yubileyini qeyd edən aktrisanın son görüntülərindən bəzilərinin gözləri alnına çıxıb.
İllərdir zərif bədən quruluşu və baxımlı görünüşü ilə seçilən aktrisanın son aylarda daha da arıqladığı müşahidə olunur. Onun paylaşdığı videoda əvvəlki görüntüləri ilə müqayisədə xeyli arıqladığı aydın görünür.
Məhz bu dəyişiklik pərəstişkarları arasında müxtəlif müzakirələr yaradıb. Hətta bir çox insan onu ilk baxışdan tanımadığını bildirib. Sosial şəbəkə istifadəçilərinin bir qismi Xalq artistinin hələ də gənc və baxımlı görünməsini yüksək qiymətləndirsə də, digərləri həddindən artıq arıqladığını düşünərək narahatlıqlarını ifadə ediblər.

Geri qayıt