Villasını 8 milyona satırdı 100 dollara aldılar
Məşhur müğənni Filipp Kirkorov ABŞ-nin Mayami şəhərində yerləşən malikanəsini qızı Alla-Viktoriyaya cəmi 100 dollara satıb.Bildirilib ki, Kirkorov bu addımı qızı Alla-Viktoriyanın ABŞ vətəndaşlığı hüququnu təmin etmək məqsədilə atıb.
Qeyd edək ki, ötən ay ABŞ Maliyyə Nazirliyi Rusiyanın xalq artisti Filipp Kirkorovun həmin malikanəsində yoxlama aparmışdı.
Mayami-Biçdə yerləşən 1380 kvadratmetrlik əmlak iki evdən ibarətdir. Əsas ev və sərnişin liftləri, hovuz, qaraj, terraslar və spa olan qonaq evi.
Kirkorov bu malikanəni 2011-ci ildə 4,2 milyon dollara almışdı. 2024-cü ildə isə onu 8 milyona satışa çıxarsa da, alıcı tapa bilməyib.
