Vüsalə "İncə səhər"dən getdi - VİDEO
Aparıcı Vüsalə Əlizadə "İncə səhər" verilişindən gedir."Növbəti mövsüm səhər efirində olmayacağam. Dəfələrlə demişəm, səhhətimlə bağlı səhər durub işə gəlmək mənim üçün çətindir. Ana olan bir xanım üçün isə bu, ikiqat çətindir. Rəhbərliklə ətraflı müzakirə edəcəyik. Xəzər TV-nin Vüsaləsiyəm, heç yerə getmirəm. Sadəcə, başqa layihədə olacağam. Qərarım qətidir".
