"Qızlarınıza cehiz verməyin" - Video

"3 övladım, 5 nəvəm var. Atam 52 yaşında infarkt keçirdi və işləyə bilmədi. Gördüm ki, ata-anama kömək lazımdır. Toyumu da özüm etdim, cehizimi də özüm aldım. Atama, anama yük olmamışam, hər şeyimi özüm etmişəm".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva Baku TV-yə açıqlamasında deyib. Qarmon ifaçısı valideynlərə səslənib. O bildirib ki, qıza çox cehiz vermək yaxşı deyil:
"Güclü qadın olmaq yaxşı deyil. Evdə özünü fəhlə kimi göstərdinsə, ömrünün axırına kimi hambal olacaqsan. Hər şeyi bacardığını göstərsən, bütün yük sənin üzərinə düşəcək. Bu, düzgün deyil.
Qızlara çox cehiz verməsinlər. Qoy özləri çalışıb qazansın, alsınlar və qədrini bilsinlər. Hər şey hazır olanda qiyməti bilinmir. Kişi də düşünür ki, hər şeyim var və marağı çöldə olur. Qoy, birlikdə alsınlar, sonra da qədrini bilsinlər".
Sənətçi geyim tərzindən də söz açıb. O, əvvəlki zəmanə ilə indikini müqayisə edib:
"Qız nə idi, qısa geyinmək nə idi? Bizim vaxtımızda dizdən yuxarı geyinmirdilər. Hər şeyin təhəri var. Soyunmağın da, geyinməyin də öz qaydası var. O vaxt musiqiçiyə də pis baxırdılar. Əvvəl uşaqlar oyunlar oynayırdılar. İndikiləri telefon qara günə qoyub. Müəllimə hörmət edirdik, indi üstünə qışqırırdılar. Boşanmaq nə idi?".

Geri qayıt