Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO

Vasif Məhərrəmli: Əməkdar artist Vasif Məhərrəmli şəxsi həyatı, maddi imkanları və xeyriyyəçiliklə bağlı açıqlamaları ilə diqqət çəkib.
"Lüks axtarmamışam, amma komfortlu həyatı kim sevmir ki? Yaxşı geyimi də, yaxşı maşını da sevirəm. Əgər maddi durumun buna imkan verirsə, yaxşı ev alıb orada yaşamırsansa, sən axmaq adamsan. Amma imkanın olmadığı halda borca girib bahalı maşın, paltar, filan markadan pencək, şalvar alırsansa, yenə axmaq adamsan. İnsan qazancını, mədaxilini və məxaricini balanslaşdırmağı bacarmalıdır. Mənim də peşman olduğum addımlarım olub. Bəzən birinə yaxşılıq edirsən, qarşılığında əksini görəndə peşman olursan. İnsan zəkasına söykənməlidir".
Geri qayıt