"Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
"Mənim adımdan yalan danışmayın, camaatı üstümə qaldırmayın. Mən demişəm ki, aktyora toy aparmaq yaraşmır, amma heç vaxt "səviyyəsizdir" deməmişəm".
Aktyor qeyd edib ki, yumor sənətçilərinin toy məclislərində öz səhnə obrazlarını təkrarlaması düzgün deyil:
"Efirdə tamada, molla obrazı yaratmışam. Toyda biri gəlib deyəcək ki, burada da o tamadanı göstər. Mən camaatın toyunda onu necə edim? Deyəcəklər ağzına gələni danışır. Molla obrazını da toyda necə canlandırım? Ona görə düşünürəm ki, yumor aktyoru toy aparmasa, daha yaxşı olar. Toy aparmaq pis deyil, yaxşı gəlir gətirən işdir. Aparıcılar bu işi daha yaxşı bacarırlar. Elə aparıcı var ki, veriliş apara bilmir, amma toyda möhtəşəm idarəçilik edir".
M.Şahverdiyev əlavə edib ki, aktyorun əsas yeri səhnədir:
"Aktyor səhnədə olmalıdır. Səhnədə gözəl obraz yaradan birini toyda "bəh-bəh, vəh-vəh" deyən görmək istəmirəm. Özüm də toy aparmıram". (Axşam.az)
