"Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
Uzun müddətdir efirdə görünməyən Əməkdar artist Səbinə Babayeva sənət fəaliyyətindəki fasilədən danışıb."Hər şeyi sıfırdan başlayıram. Bunun üçün enerjini toplamaq çox çətin idi. Bundan sonra tez-tez görünəcəyəm. Bəziləri elə bilir ki, hələ də Moskvada yaşayıram. Amma Rusiyadan artıq 2 ildən çoxdur ki, qayıtmışam".
S.Babayeva toy və şou-proqramlardan video paylaşmamasının səbəbini də açıqlayıb. O, bunu inkişafdan qalmaq kimi qiymətləndirdiyini bildirib:
"Mənə deyirlər ki, toydakı, şou-proqramdakı çıxışlarından niyə səhifəndə video paylaşmırsan? Çünki mən utanıram. Elə bilirəm ki, biz artıq böyük səhnələrdə, qastrollarda olmalıyıq. Toy, şou-proqram, ad günü, korporativ - bunların hamısı olub-keçib. İnkişaf etmək lazımdır. Demək ki, inkişaf yoxdur. Bizdə başqa biznes yoxdur. Heydər Əliyev Fondunun təşkil etdiyi gözəl konsertlər var, orada çıxış etmək istəyirəm. Restorandan paylaşım etmək istəmirəm". (Axşam.az)
