Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: “63 yaş nədir ki…”

Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: “63 yaş nədir ki…” Əməkdar artist Elnarə Abdullayevanın qardaşı Yaqub vəfatı edib. Əməkdar artist qardaşı Yaqubun vəfatı ilə bağlı Qaynarinfo-ya açıqlama verib.

Xanəndə bildirib ki, qardaşı bir müddət əvvəl infarkt keçirib və həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb:


“Getdi, bizi onsuz buraxdı. Qardaşım bir müddət əvvəl infarkt keçirdi. Xəstəxanada müalicə aldı, müayinələr olundu, amma nəticəsi olmadı. Heç nəyin köməyi dəymədi, dünyasını dəyişdi. 63 yaş nədir ki? Ömrün yarısı… Cavan getdi qardaşım. Biz insanlar ölüm qarşısında acizik. Əzizlərimiz dünyadan köçür, amma əlimizdən heç nə gəlmir. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin”.

Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayevanın qardaşı Yaqub Abdullayev vəfat edib. Onun 63 yaşında dünyasını dəyişdiyi bildirilir.

Geri qayıt