Əməkdar artist: “Atam sağdır, ya yox, məlumatsızam” - VİDEO

Əməkdar artist: “Atam sağdır, ya yox, məlumatsızam” - VİDEO Əməkdar artist Elza Seyidcahan ailəsi haqda diqqətçəkən açıqlamalar edib.

Yenilik.az xəbər verir ki, o, atasının uşaq ikən onları atıb getdiyini açıqlayıb.

Müğənni illərlə atasının axtarışına çıxsalar da, onu tapa bilmədiklərini bildirib.

O, atasının sağ və ya dünyadan köçdüyündən məlumatsız olduğunu etiraf edib.

Sənətçinin bu səmimi açıqlaması efirdə kövrək anlar yaşadıb və sosial şəbəkələrdə izləyicilər tərəfindən geniş müzakirə olunub. 
Geri qayıt