Xanım fanatı Aqşinin başına görün necə oyun açdı - Onu tapıb Qurana and içdirdi

Xanım fanatı Aqşinin başına görün necə oyun açdı - Onu tapıb Qurana and içdirdi Məşhur meyxanaçı Aqşin Fateh "Şou Atv" verilişinin qonağı olub.[banner_yaziortasi]{banner_yaziortasi}[/banner_yaziortasi]Yenisabah.az xəbər verir ki, meyxanaçı bildirib ki, xanım izləyicilərindən biri ona bahalı hədiyyələr göndərib sonradan ailəsini dağıtmaqla təhdid edib:

"Mən heç nədən qorxmamışam. Həyatda yalnız şər-böhtandan qorxuram. Bu da başıma gəldi. Bir xanım mənə bahalı hədiyyələr göndərirdi. Saatlar, ətir alırdı, telefonuma yüksək məbləğdə pullar ödəyirdi… Rəfiqəsinin ad gününə dəvət etmişdi. Zəng vururdu, insan istər-istəməz qarşısındakı insanla səmimi danışır. Sonradan başladı məni təhdid etməyə. Məni ailəmlə şantaj edirdi. Səsimi mənə göndərirdi. O səsləri eşidən adam inanmazdı ki, mən danışdıqlarım tamam başqa söhbətdi.

Sonra bildim ki, bu, tək mənim başıma gəlməyib. Bir çox müğənnilər, iş adamlarının da başına belə şeylər gəlib. Belə hədiyyələr göndərirlər, bahalı restoranlara dəvətlər edir, sonradan ya ailələri ilə təhdid edirlər, ya da yüksək məbləğdə pul istəyirlər. Məndən də pul istədi. Hardasa, on min manat tələb edirdi. Sonra Ukraynada yaşayan dostlarımın sayəsində tapdım onu, üzr istədi məndən etdiklərinə görə, Qurana and içdi ki, bir də belə bir şey etməyəcək. Məni təhdid edirdi ki, yoldaşıma deyəcək ki, bizim münasibətimiz olub. Çox alçaqlıqlar edirdi”.
Geri qayıt