“AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir” - Xuraman Şuşalıdan şok ittiham

“AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir” - Xuraman Şuşalıdan şok ittiham İllər öncə onu tanıyanlar nə zamansa hicab bağlayıb, ibadət edəcəyini, ailə qurub 4 uşaq anası olacağını ağlına belə gətirməzdilər. Çünki zamanında səhnədə sərbəst geyimi, davranışı ilə kifayət qədər diqqət çəkmişdi. Amma bu gün şou-biznesinin ən çoxuşaqlı müğənnilərindən biridir. Söhbət Xuraman Şuşalıdan gedir.[banner_yaziortasi]{banner_yaziortasi}[/banner_yaziortasi]“Yeni Sabah” xəbər verir ki, News24.az-a müsahibə verən xanım ifaçı maraqlı açıqlamaları ilə diqqət çəkib. İfaçı hicablı olduğuna görə bəzi problemlərlə qarşılaşdığını deyib. O, AzTV telekanalının hicabına görə onu efirə buraxmadığını dilə gətirib:

“AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir. Halbuki, mən o televiziyada böyümüşəm. "Bənövşə” uşaq xorunda oxumuşam, AzTV-nin solisti olmuşam, "Qızıl Fond”da ifalarım var, "Arşın mal alan”da Telli obrazını canlandırmışam, Tofiq Tağızadə, Tükəzban İsmayılova, İslam Rzayev məktəbini görmüşəm, konservatoriyada oxumuşam, ali musiqi təhsili almışam. Hətta bu gün pedaqoq kimi çalışıram. Niyazi adına musiqi məktəbində müəlliməyəm. Ancaq təssüf ki, müəyyən qapılar var ki, gedib onları döyməlisən. Fəxri ad almaq üçün müraciətlər etməlisən. Bunların heç birini etməmişəm və qarşıma çıxan heç bir şanslardan da yararlanmamışam. Halbuki kiməsə deyə bilərdim ki, "mən də fəxri ad istəyirəm”, Amma düşünürəm, nahaq. İndidən sonra bunu edəcəm, etmək lazımdır. İndi Fəxri ad almaq istəyirəm. Çünki bunun üçün yetərincə fəaliyyətim olduğunu düşünürəm”.
Geri qayıt