Manaf Ağayev həyat yoldaşı haqda: “...sevgi bitib”

"Həmişə özümü həyat yoldaşıma elə göstərmişəm ki, guya onu istəmirəm, istək ölüb. Bunu səmimi etiraf edirəm. Amma o mənim başımın tacıdır. Adam var ki, həyat yoldaşına şirinlik edir. Mən belə şeyləri xoşlamıram. Başını sığallayım və s. Amma bu demək deyil ki, mən onu çox istəmirəm, sevgi bitib. Biləsiniz ki, kişini kişi edən də onun qadınıdır".