Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » Prezident Flora Kərimova ilə bağlı 2 sərəncam imzaladı

Prezident Flora Kərimova ilə bağlı 2 sərəncam imzaladı

Prezident Flora Kərimova ilə bağlı 2 sərəncam imzaladı
2021-07-31 , 17:15

Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 


Sfera.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova "Şərəf” ordeni ilə təltif edilib.
 
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. 

Qeyd edək ki, iyulun 23-də Xalq artistinin 80 yaşı tamam olub. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.