Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » “Yanını, yaxasını, baldırını açan əxlaqsızlara Xalq artisti adı verirlər“ - Şeyx Əbdül

“Yanını, yaxasını, baldırını açan əxlaqsızlara Xalq artisti adı verirlər“ - Şeyx Əbdül

“Yanını, yaxasını, baldırını açan əxlaqsızlara Xalq artisti adı verirlər“ - Şeyx Əbdül
2021-10-22 , 19:29

“Bilmək lazımdır ki, Azərbaycanın Xalq artisti  kimi müqəddəs bir adı küçənin manıslarına vermək olmaz. Bu adı əxlaqsız, mənəviyyatsız şou adamlarına, yanını, yaxasını, baldırını açan, musiqi savadı olmayan müğənnilərə layiq görmək düzgün deyil”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Rejissor bildirib ki, əslində “Xalq artisti” fəxri adı hər adamın layiq görüləcəyi, hər adama veriləcək ad deyil:
“Fəxri adlar sovet dövründən qalmadır. Sovet özünə lazım olan adamların yarısını sosialist əməyi qəhrəmənı edirdi, yarısını dövlət adamı edirdi, yarısına da fəxri adlar verirdi. Bu Sovetin apardığı ideoloji təbliğat idi. Onlar özünə lazım olanları dəyərləndirib məşhurlaşdırırdılar. Mənim evdə bütün adlardan varımdır, amma onlarla gedib bir kilo pomidor, xiyar almaq olmur. Əvvəla bilmək lazımdır ki, Azərbaycanın Xalq artisti kimi müqəddəs bir adı küçənin manıslarına vermək olmaz. Bu adı əxlaqsız, mənəviyyatsız şou adamlarına, yanını, yaxasını, baldırını açan, musiqi savadı olmayan müğənnilərə vermək olmaz. Azərbaycanda bu gün oxuyanların 90 faizini royalın qarşısında otuzdurub kökü tutun, əgər oxuya bilsələr gəlin məni güllələyin! Bu biabırçılıqdır. Studiyada mahnı yazdırmağın, şounun, hayın, küyün hesabına hamısı oxuyan olub”.
Kinorejissor fəxri adlardan “Sovet iyi gəldiyi”ni deyib, onun əvəzində yaradıcı insanlara kifayət qədər maddi yardım ayrılmasını tövsiyə edib:
“Xalq artisti müqəddəs bir addır, onu şəxsi müstəvidə küçə qadınlarına, küçə gədələrinə hədiyyə etmək olmaz. Bu, təhqirdir. Söhbət Azərbaycan xalqının adından gedirsə, onun razılığı olmalıdır. Nazirlikdə oturan özü istədiyi adamları siyahıya yazı. Bu səlahiyyəti nazirlikdən almaq lazımdır. Sovet dövründə 60 yaşından tez heç kəsə Fəxri ad vermirdilər, gərək 40-45 il xidmətin olaydı. Özü də hər adama verilmirdi. İndi gəliblər manıslar da ad alırlar, onlar oxuyandırlar?! Hamısı şou-biznes adamı, şlyagerlərdir. Mən onların da xətrinə dəyməmək üçün təklif edirəm ki, onlara da Əməkdar şlyager, Əməkdar şoumen adı verilsin. Xalq artisti adı verilən adam isə buna layiq olmalıdır, adı alandan sonra da dövlət tərəfindən təmin olunmalıdır. Xalq artistinə cəmi 150 manat verirlər. Verilirsə, ən azı 500-1000 manat arası dolanışıq üçün təqaüd verilməlidir. Bu gün kino yox, çəkiliş yox, hamı işsiz qalıb. Neynirəm quru dəmir medalları? O gün əsəbləşmişdim, az qala çıxarıb satacaqdım”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.