Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » Mədəniyyət Nazirliyindən qırmızı dodaq boyası qadağasına - REAKSİYA

Mədəniyyət Nazirliyindən qırmızı dodaq boyası qadağasına - REAKSİYA

Mədəniyyət Nazirliyindən qırmızı dodaq boyası qadağasına - REAKSİYA
2022-04-22 , 12:42

Mədəniyyət Nazirliyi teatrlara qadağa tətbiq edib.

Yenilik.az Kulis.az-a istinadən xəbər verir ki, teatra gedən aktyorların qırmızı dodaq boyasından, dikdabandan, qırmızı rəngli geyimlərdən, cins və dar şalvarlardan istifadəsinə qadağa qoyulub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərdik. Qurumdan BAKU.WS-ə bildirilib ki, bu qayda digər iş yerlərində olduğu kimi işçilərlə (yəni aktyorlarla) bağlanan əmək müqaviləsinin qaydalarına əsasən tətbiq edilir:
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumlarda qulluq keçən işçilərin əmək münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq tənzimlənir, o cümlədən dövlət qulluqçularının xidməti davranışı "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Adıçəkilən qanunda etik davranış qaydalarına dair ümumi müddəalar müəyyən edilməklə yanaşı, həmin etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı davranış mexanizmi və qaydaların işlənib hazırlanması səlahiyyəti dövlət orqanlarına həvalə edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydalarının hazırlanması nəzərdə tutulmuşdur.
Mədəniyyət Nazirliyində Daxili İntizam Qaydaları Əmək Məcəlləsinin və əmək münasibətləri sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktların tələbləri və müəssisələrdə çalışan işçilər arasında formalaşmış işgüzar adətlər nəzərə alınaraq hazırlanmışdır.
Qaydalarda hər hansı işçinin və ya şəxsin hüquqlarını və ya azadlıqlarını hər hansı şəkildə məhdudlaşdıran heç bir hal nəzərdə tutulmamışdır. Əksinə, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını tam həcmdə və keyfiyyətlə yerinə yetirən, müəssisənin daxili intizam qaydalarına əməl edilməsində fərqlənən işçilərin mükafatlandırılması və əməyinin dəyərləndirilməsi nəzərə alınmışdır.
O ki qaldı geyimlə bağlı tələblərə, qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün "dress-kod" müəyyən edirlər.
Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmamışdır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.