Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » Anar Kərimov Rauf Abdullayevlə görüşdü - Fotolar

Anar Kərimov Rauf Abdullayevlə görüşdü - Fotolar

Anar Kərimov Rauf Abdullayevlə görüşdü - Fotolar
2022-10-28 , 17:11

Mədəniyyət naziri Anar Kərimov Xalq artisti, dirijor Rauf Abdullayevlə görüşüb.

Yenilik.az xəbər verir ki, Rauf Abdullayevi 85 illik yubileyi münasibətilə təbrik edən Anar Kərimov ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. 
Azərbaycan mədəniyyətində xüsusi yeri olan sənətkar, yeni layihələr və gənc nəslin musiqi zövqünün formalaşmasında həyata keçirilən tədbirlərdən, gənc və istedadlı musiqiçi nəslinin doğru istiqamətləndirilməsi yönündə aparılan işlərdən söhbət açıb.
Qeyd edək ki, R. Abdullayev Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı, Dövlət Mükafatı laureatıdır.
R.Abdullayev bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.