Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » “Onlar nəsli-nəcabəti ilə qələt edirlər!” - Flora Kərimova

“Onlar nəsli-nəcabəti ilə qələt edirlər!” - Flora Kərimova

“Onlar nəsli-nəcabəti ilə qələt edirlər!” - Flora Kərimova
2020-09-28 , 19:21

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndi, Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib.

 Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib.
Mövzu  ilə bağlı Yenisabah.az-la təəssüratlarını bölüşən Xalq artisti Flora Kərimova qürur hissi keçirdiyini bildirib: 
“Hər bir azərbaycanlı kimi mən də qürur hissi keçirdim. Nə qədər göz yaşı tökmüşük, bağrımız çartlayıb, kimimizin övladı bu yolda qurban gedib… Təki torpaqlarımızın hamısı işğaldan azad olsun, ancaq ürəyim ağrıyır. Şəhid balalara görə ürəyim çox ağrıyır. Görünür, itkisiz mümkün deyil. Allah üzünü bizə tutub, təki belə də olsun, üzünü döndərməsin”.
Xalq artisti Avropa Şurası, Avropa Birliyi və Minsk qrupu həmsədrlərinin tərəfləri atəşi dayandırmağa və sülh danışıqlarını bərpa etməyə çağırmasına sərt reaksiya verib:
“Beynəlxalq təşkilatlar qələt edib bizə “atəşi dayandırın” deyirlər, başlarını daşa döyürlər. Mənim torpağımı  qaytarsınlar, mənim torpağım işğal altındadırsa. Hansı sülhdən söhbət gedə bilər?! Mənim şəhidlərimi qaytarsınlar, gözüyaşlı şəhid analarını ovuda bilsinlər, görüm bilirlərmi? Onlar nəsli-nəcabəti ilə qələt edirlər! Mən ömrü boyu bu tərzdə danışamamışam, amma hansı sülhdən danışırlar?! Hansı binamus sülhə gedə bilər?  İndiyə qədər biz hansısa danışıqlar aparmağa çalışmışıq, amma razı olmayıblar. Silah-sursata nə qədər pul xərclədik, nə qədər qan itirdik, indi gəlib sülhə gedək deyirlər? Sülhə getsinlər, onda mənim torpağımı qaytarsınlar! Onlar mənim torpağımı işğal edib, evimi yıxır, mən onlarla nə dil tapım axı? Olmaz!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.