Məşhur tarzən Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edilib
 

Məşhur tarzən Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edilib<br>
  Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.
Yenilik.az
xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Qeyd edək ki, o, Azərbaycan Respublikasının “Tərəqqi” medalı laureatı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.

Geri qayıt