Nazirlikdən Aygün Bəylərin vəfatı ilə bağlı nekroloq

Nazirlikdən Aygün Bəylərin vəfatı ilə bağlı nekroloq Mədəniyyət Nazirliyi Aygün Hümbətovanın ölümü ilə bağlı nekroloq yayıb. Nekroloqda deyilir:
Bir qədər əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
Mədəniyyət Nazirliyinin kollektivi və mədəniyyət ictimaiyyəti adından sənətkarın vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!

Geri qayıt