Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Hikmət Mirzəyevin evi qarət edilib?-Açıqlama

Hikmət Mirzəyevin evi qarət edilib?-Açıqlama

Hikmət Mirzəyevin evi qarət edilib?-Açıqlama
2021-12-12 , 18:18

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib.


"Bakupost.az" iəbər verir ki, hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib.

Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib.
Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır.

DİN sözçüsü Elşad Hacıyev bildirib ki, xəbər həqiqəti əks etdirmir: "Sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı iddialar yayılıb. Abşeron Rayon Polis İdarəsinə bununla bağlı hər hansı məlumat, müraciət daxil olmayıb. İddialar əsassızdır, həqiqəti əks etdirmir."



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.