Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda “iç-içə” evlərin inşası qadağan olundu

Azərbaycanda “iç-içə” evlərin inşası qadağan olundu

Azərbaycanda “iç-içə” evlərin inşası qadağan olundu
2021-12-13 , 17:28

Azərbaycanda yaşayış binalarında otaqların və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.


TİA.AZ xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Bundan başqa, sənədə əsasən, mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.

Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.

Həmçinin mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.