Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Azərbaycan Rusiyaya hansı dəstəyi verib ki...” – Deputat Britaniyanın təhdidinə cavab verdi

“Azərbaycan Rusiyaya hansı dəstəyi verib ki...” – Deputat Britaniyanın təhdidinə cavab verdi

“Azərbaycan Rusiyaya hansı dəstəyi verib ki...” – Deputat Britaniyanın təhdidinə cavab verdi
2022-03-02 , 17:33

Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodc (Margaret Hodge)  Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycana da sanksiyaların tətbiq edilməsini təklif edib.

Britaniyanın xarici işlər naziri Elizabet Trass da öz növbəsində "Qazaxıstan və digər ölkələrlə bağlı məsələyə baxıla bilər" deyib. 
Maraqlıdır,  bu çağırış digər ölkələrə də təsir edə və Azərbaycanla Qazaxıstana qarşı belə "kampaniya" aparıla bilərmi? Qərb dövlətlərinin bu məsələyə münasibəti necə olacaq? 
Mövzu ilə bağlı Gundem.az-a danışan deputat Ceyhun Məmmədov britaniyalı deputatın tamamilə yanlış və əsassız informasiya verdiyini diqqətə çatdırıb. Millət vəkili Azərbaycanın bundan sonra Ukraynaya humanitar yardım göstərə biləcəyini deyib:
“Bu yanaşmanı Azərbaycana qarşı növbəti ədalətsiz, ikili standartlı addım kimi dəyərləndirmək olar. Rusiyaya hansı dəstəkdən söhbət gedir? Deputat xanım onu izah etsin. Azərbaycan bu məsələ ilə bağlı öz mövqeyini dəfələrlə ifadə edib və bu gün Ukraynaya humantiar yardım göstərən ölkələrdən biridir. Münaqişədən əvvəl də Azərbaycan Prezidenti Ukraynaya səfər etmişdi və ikitərəfli bir sıra sənəndlər imzalandı, əməkdaşlığın gücləndirilməsi ilə bağlı addımlar atıldı”.
Deputat Azərbaycanın Rusiya-Ukrayna münasibətlərində sülhdən yana olduğunu da sözlərinə əlavə edib:
“Növbəti mərhələdə isə Azərbaycan Ukraynaya öz humanitar dəstəyini əsirgəməyəcək. Azərbaycan dövləti bu gün Rusiya və Ukrayna arasında münasibətlərin normallaşmasını istəyir. Bizi Rusiyaya qarşı dəstəkdə ittiham etmək tamamilə əsassız yanaşmadır. Eyni zamanda bu açıqlama Ermənistana yönəlik, Azərbaycana qarşı olan qrupların fəaliyyətinin nəticəsidir. Azərbaycanın bu gün Qərblə sağlam münasibəti və müxtəlif istiqamətlərdə əməkdaşlığı  mövcuddur”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.