Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Yoluxanlarla bağlı bugünkü statistika

Yoluxanlarla bağlı bugünkü statistika

Yoluxanlarla bağlı bugünkü statistika
2022-05-13 , 16:56

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına doqquz yeni yoluxma faktı qeydə alınıb, yeddi nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenilik.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 664 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 890 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib, aktiv xəstə sayı 65 nəfərdir.

Ölkədə son sutka ərzində 2 658, hazırkı dövrədək isə 6 847 892 test aparılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.