Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü - ŞOK

Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü - ŞOK

Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü - ŞOK
2022-05-17 , 15:42

Bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbir zamanı Azərbaycanın Mədəniyyət nazirinin müavinlərindən biri ilə ailə dostu arasında dava olub.

 
Pravda.az-ın xəbərinə görə, bununla bağlı Demokrat.az-a sözügedən tədbirin iştirakçısı məlumat verib.
 
Əldə etdiyimiz məlumata görə, dava nazir müavininin münasibətdə olduğu və həmin tədbirdə bərabər iştirak etdiyi xanıma görə baş verib. Belə ki, nazir müavininin ailə dostu olan şəxs sevgilisi olan xanımı sözügedən məclisdə görən zaman, onunla dalaşıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb.
 
Məsələyə polis müdaxilə edəndən sonra, dava ilə bağlı iş Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırılıb.
 
Sözügedən şəxslərin adları ilə bağlı hazırda dəqiləşdirmə aparırıq. Yaxın vaxtlarda oxuculara əlavə məlumat veriləcək.
 
Qeyd edək ki, nazir müavininin sevgilisi olan həmin xanım vaxtı ilə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Mədəniyyət naziri Anar Kərimov müavininin həmin xanımla qeyri-rəsmi münasibətdə olduğunu öyrənəndən sonra sözügedən xanımı vəzifəsindən azad edib. Hazırda həmin xanım başqa bir dövlət qurumunda çalışır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.