Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
2022-05-20 , 14:16

Mayın 21-nə gözlənilən hava şəraiti açıqlanıb.

 
Milli Hidrometeorologiya Xidmətindən Yenilik.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.