Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
2022-05-22 , 17:26

Azərbaycanda koronavirusa 4 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenilik.az verilən məlumata görə, son sutkada ölən olmayıb.
 
İndiyədək ölkədə ümumilikdə 792 712 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9710 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 45 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2510, bu günə qədər isə ümumilikdə 6 872 506 test icra olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.