Yenilik.Az
www.Yenilik.Az » Ölkə » AZAL aviabiletlərlə bağlı AÇIQLAMA YAYDI

AZAL aviabiletlərlə bağlı AÇIQLAMA YAYDI

AZAL aviabiletlərlə bağlı AÇIQLAMA YAYDI
2022-05-31 , 13:19

"Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır".

Bununla bağlı AZAL məlumat yayıb.
Bildirilib ki, hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.
Qeyd edilib ki, tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.
Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.