Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
2022-06-07 , 14:16

Azərbaycanda iyunun 8-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenilik.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava  şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 18-20° isti, gündüz  25-28° isti olacaq.
Bakıda gecə 18-20° isti, gündüz  26-28° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 50-60  % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda qısamüddətli fasilə olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz  30-35° isti, dağlarda gecə  8-13° isti, gündüz 17-22° isti olacaq.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.