Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycan Ordusunda valideyn görüşlərinə qadağa - Koronavirusa görə

Azərbaycan Ordusunda valideyn görüşlərinə qadağa - Koronavirusa görə

Azərbaycan Ordusunda valideyn görüşlərinə qadağa - Koronavirusa görə
2020-03-14 , 16:33

Azərbaycan Ordusunda valideyn görüşləri dayandırılıb.


Bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə tapşırıq verib.

Mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışan Müdafiə naziri hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib.

Nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi, hərbi qulluqçuların mütəmadi maarifləndirilməsi, eləcə də şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin daha da artırılması, o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib.
Bakupost.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.