Yenilik.Az
www.Yenilik.Az » Ölkə » İran koronavirusla mübarizədə yardımına görə Azərbaycana təşəkkür edib

İran koronavirusla mübarizədə yardımına görə Azərbaycana təşəkkür edib

İran koronavirusla mübarizədə yardımına görə Azərbaycana təşəkkür edib
2020-03-14 , 17:18

İranın Xarici İşlər Nazirliyi Azərbaycan və digər dövlətlərin koronavirusla mübarizədə bu ölkəyə yardımlarına görə təşəkkür edib.

İran XİN sözçüsü Abbas Musəvi öz "Twitter" səhifəsində bildirib ki, İran xalqı və dövləti heç vaxt ağır günlərdəki dostlarını umutmayacaq.

Abbas Musəvi deyib ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin telefon danışıqları, digər ölkələrdəki səfirliklərinin səyi ilə Azərbaycan, Çin, Türkiyə, BƏƏ, Almaniya və Britaniya, eləcə də Qətər və Rusiyadan yardımlar alıb.(apa)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.