Yenilik.Az
www.Yenilik.Az » Ölkə » "Əhali bilməlidir ki, kütləvi şəkildə alınan dollar…" — VİDEO

"Əhali bilməlidir ki, kütləvi şəkildə alınan dollar…" — VİDEO

"Əhali bilməlidir ki, kütləvi şəkildə alınan dollar…" — VİDEO
2020-03-14 , 17:33

"Biz Qarabağ uğrunda savaşda bəzi rayonları ona görə itirdik ki, müəyyən daxili və xarici düşmənlər əhali arasında panika, təşviş yaratdı. İndi də eyni şeylər baş verir, amma başqa müstəvidə".



Demokrat.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev mediaya müsahibəsində deyib.


O bildirib ki, “inandırma yolu ilə” əhalinin dollar alışının qarşısını almaq mümkün olmayacaq, manatın qorunması ilə bağlı qanun qəbul edilməlidir:


“Biz imkan verə bilmərik ki, o zaman torpaqlarımızı itirdiyimiz kimi, indi də ölkənin iqtisadiyyatını çökdürüb, onu defolt vəziyyətinə salsınlar. Əhali də bilməlidir ki, kütləvi şəkildə dollar almaqla iqtisadiyyata ciddi ziyan vurur və bank-maliyyə sektoru çöksə, dəyişdirdiyi dollar heç kəsin köməyinə çatmayacaq və biz ağır sınaqlarla üz-üzə qalacağıq”.(kanal 15.az)



Demokrat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.