Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Kəmaləddin Heydərovun iki kadrı gömrüyün rəhbərliyinə gətirilir

Kəmaləddin Heydərovun iki kadrı gömrüyün rəhbərliyinə gətirilir

Kəmaləddin Heydərovun iki kadrı gömrüyün rəhbərliyinə gətirilir
2022-07-23 , 14:34

Dövlət Gömrük Komitəsində yeni təyinatlar baş tutub.


Məlumata görə, Dövlət Gömrük Komitəsinin rəhbərliyinə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova yaxın kadrların axını davam edir.

Bildirilir ki, Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzov və Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin keçmiş rəisi Faiq Şahbazov qurumda sədr müavini vəzifəsinə gətiriləcəklər.

Vüsal Novruzovun Kəmaləddin Heydərovun ən etibarlı kadrlarından biri olması heç kəsə sirr deyil. Faiq Şahbazov isə fövqaladə hallar nazirinin bacanağıdır.

Hər iki şəxs gömrükçülər arasında böyük nüfuza malikdir. Hərçənd Vüsal Novruzov cəmiyyətdə bir sıra qalmaqalları ilə yadda qalıb.

Adıçəkilən şəxslər hazırkı sədr müavinləri İsmayıl Hüseynov və Rza Həsənəliyevi əvəzləyəcəklər.

Komitənin İnsan Resusları İdarəsinin rəisi vəzifəsinə Nərgiz Məmmədova təyin olunub: "Nərgiz xanım bir müddət əvvəl pensiyaya göndərilmişdi. O, artıq vəzifəsinin icrasına başlayıb. Nərgiz Məmmədova gömrükçülər arasında ad-san qazanmış, böyük nüfuza malik olan bir kadrdır”.

Mənbə nehrəmlilərin gömrük orqanlarından kütləvi ixtisarı ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib: "Bu, kökündən yanlış xəbərdir. Nehrəmlilər iş başındadır, onlara heç bir təzyiq yoxdur”.(İndex.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.