Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda həkim rüşvət aldı, işdən qovuldu (VİDEO)

Azərbaycanda həkim rüşvət aldı, işdən qovuldu (VİDEO)

Azərbaycanda həkim rüşvət aldı, işdən qovuldu (VİDEO)
2020-03-16 , 12:21

Azərbaycanda həkim xəstələrdən analiz üçün pul tələb edib.


Qaynarinfo xəbər verir ki, bu barədə videogörüntü Oxu.Az-ın redaksiyasına daxil olub.


Görüntülər Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qeydə alınıb.

Videoda Leyla Məmmədova adlı həkimin xəstədən analiz üçün 20 manat tələb etməsi əks olunub.

Saytımızın əməkdaşı məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərib.

TƏBİB-dən bildirilib ki, video ilə bağlı Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində araşdırma aparılıb:

"Mərkəzin direktoru Yusif Əliyevin imzaladığı əmrlə Məmmədova Leyla Cabir qızı vəzifəsindən azad edilib”.

[frame=//baku.tv/az/cemiyyet/15740/]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.