Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Hikmət Hacıyevdən Zabux kəndi ilə bağlı PAYLAŞIM

Hikmət Hacıyevdən Zabux kəndi ilə bağlı PAYLAŞIM

Hikmət Hacıyevdən Zabux kəndi ilə bağlı PAYLAŞIM
2022-08-09 , 16:00

Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar.

Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter“ hesabındakı paylaşımında qeyd edib. 
Hikmət Hacıyev “The Times” nəşrinin işğalla bağlı reportajını da paylaşıb.
“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı.
Əlyazmalar yanmaz”, - Prezidentin köməkçisi vurğulayıb.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.