Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Yağış, qar yağacaq, duman olacaq - SABAHIN HAVASI

Yağış, qar yağacaq, duman olacaq - SABAHIN HAVASI

Yağış, qar yağacaq, duman olacaq - SABAHIN HAVASI
2020-01-01 , 19:20

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin gözlənilir.Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək olacaq, 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.