Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Sosial yardım insanları xarab edib” - Hicran Hüseynova

“Sosial yardım insanları xarab edib” - Hicran Hüseynova

“Sosial yardım insanları xarab edib” - Hicran Hüseynova
2022-09-21 , 17:27

“Sosial yardım insanları xarab edib”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.
Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər: “Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz”.
Hicran Hüseynova qeyd edib ki, işsiz olduğunu deyən insanlar Dövlət Məşğulluq Agentliyinin müvafiq strukturlarına müraciət etmirlər: “Amma biz insanları nazirliklərin gördüyü işlərlə bağlı da məlumatlandırmalı, əlaqələndirməliyik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.