7-8 düşmən təyyarəsini məhv edərək həlak oldu, atası Sovet İttifaqı Qəhrəmanı adı verilməsinə mane oldu

Bu gün qorxmaz döyüşçü, qəhrəman təyyarəçi Cahangir bağırovun doğum günüdür. Cahangir Mircəfər oğlu Bağırov 6 oktyabr 1919-cu ildə dünyaya gəlib. Anasını erkən itirmiş Cahangir bibilərinin tərbiyəsi ilə böyüyüb. Bağırov öz savaqan oğlu Cahangiri çox sevsə də onunla çox sərt davranırdı və tərbiyəsi ilə ciddi məşğul olurdu. Cahangir 1938-ci ildə Bakı aeroklubundan məzun olub. Eysk hərbi-dəniz məktəbində və Taşkənt hərbi məktəbində oxuyub.
Ata, səndən xahiş edirəm ki, mənim cəbhəyə qayıtmaq məsələmin həllini sürətləndirəsən. Mənə burada bildirirlər ki, 2 ay yarım da gözləyim, yeni təyyarədə havaya qalxım... Mən isə hətta U-2 təyyarəsində uçmağa hazıram. Yalnız fəallyyətsizlik, döyüşdən qalmaq məni sıxır. Səbrsizlikiə cəbhəyə göndəriləcəyim günü gözləyirəm. Sübut edəcəyəm ki, sənin oğlun sənə və vətəninə layiqdir. Bərk-bərk öpürəm. Sənin Cahangirin». Cahangir yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib. 40-cı qırıcı hava qüvvələri qvardiyasında (2-ci Hava Qüvvələri Ordusu, 8-ci qırıcı hava diviziyası, Voronej cəbhəsi) döyüşüb.
5 iyun 1943-cü ildə Obayan aerodromu yaxınlığında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Cahangirə vəfatından sonra "Lenin" ordeni veriblər. Şəhidin cənazəsi Həzi Aslanovun köməkliyi ilə Bakıya gətirilərək Yasamal qəbiristanlığında dəfn edilib. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır.
Cahangir şəxsi şücaəyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Belə ki, 1943-cü il iyunun 6-da alman-faşist işğalçılarının cinayətlərini təhqiq və müəyyən edən fövqəladə komissiyanın sədri Nikolay Şvernik M.C.Bağırova zəng vuraraq, onun oğlunun rəşadətlə həlak olması xəbərini çatdırmış, səmim-qəlbdən başsağlığı vermiş, ölümündən sonra onun “Lenin” ordeni ilə yanaşı, Sovet İttifaqı Qəhrəmanı adı – “Qızıl Ulduz”la da təltif olunacağını bildirmişdi. Bunu da əlavə etmişdi ki, komandanlığın əmri ilə igid şahinin cənazəsi öz Vətəninə - Azərbaycana göndərilir.
M.C.Bağırov cavabında demişdi:-Nikolay Mixayioviç, başsağlığı üçün minnətdaram. Ancaq xahiş edirəm “Lenin” ordeni ilə kifayətlənəsiniz. Bir də müharibənin sərt qanunlarına riayət etməyi rica edirəm, Vətən yolunda canından keçənlərin hamısı mənim balalarımdır, oğlumun həlak olduğu torpaqda basdırılmasına ata kimi etiraz etmirəm.
M.C.Bağırov cavabında demişdi:-Nikolay Mixayioviç, başsağlığı üçün minnətdaram. Ancaq xahiş edirəm “Lenin” ordeni ilə kifayətlənəsiniz. Bir də müharibənin sərt qanunlarına riayət etməyi rica edirəm, Vətən yolunda canından keçənlərin hamısı mənim balalarımdır, oğlumun həlak olduğu torpaqda basdırılmasına ata kimi etiraz etmirəm.
Mircəfər Bağırov Sovet İttifaqı Qəhrəmanı adının verilməməsi üçün SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Kalıninlə də bərk mübahisə edib və böyük qəhrəmanlıq göstərməsinə baxmayaraq, atasının israrla etiraz etməsi nəticəsində Cahangir Bağırov SSRİ Ali Sovetinin 11 iyun 1943-cü il tarixli əmri ilə təkcə "Lenin" ordeni ilə təltif olunub.
İllər sonra Mircəfər Bağırovun məzarındakı qalıqlar toplanılaraq vəsiyyətinə əsasən oğlu Cahangirin yanında basdırılıb.Allah hər ikisnə rəhmət eləsin.