Prezident: “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, onlarla nə vaxt danışacağımızı özümüz bilərik” -VİDEO

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”.
“Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizdir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik”, - Azərbaycan Prezidenti deyib.
“Bilirsiniz ki, bu gün görüş olacaq: Şarl Mişel, Emmanuel Makron, Paşinyan və mən. Bu görüşün nəticələri ümid edirəm ki, müsbət olacaq, irəliləyiş olacaq”, - Azərbaycan Prezidenti əlavə edib.