Yenilik.Az
www.YENILIK.Az » Ölkə » Deputata qarşı qalmaqallı iddialar

Deputata qarşı qalmaqallı iddialar

Deputata qarşı qalmaqallı iddialar
2020-03-23 , 21:53

Millət vəkili Ramil Həsən bir daha böyük skandala qarışdı. Bir sıra yerli saytlarda Moldovadan uşaq oğurluğu ilə bağlı iddialar ortaya çıxıb.

Bizimyol.info Anews.az-a istinadən xəbər verir ki, Moldova hüquq-mühafizə orqanları Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsənin adına cinayət işi açıb. O, 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutan Moldova Respublikası Cinayət Məcəlləsinin 207-ci maddəsi ("Uşaqların ölkədən qanunsuz aparılması" ) ilə ittiham olunur. Həyat yoldaşı, Milli Məclisin deputatı Ramil Həsənin bu işdə onunla əlbir olmasına dair şübhələr var.

Sayt yazır ki, Ramil Həsən və hazırkı həyat yoldaşı Yekaterina Moldovadan Ukraynaya konstitusiya orqanları tərəfindən nəzarət olunmayan Dnestryanı ərazi vasitəsilə gedib. Məlumata görə, onlar Yekaterinanın beş yaşlı qızını özləri ilə aparıblar. Buna səbəb Kişinyov Apelyasiya Məhkəməsinin qərarı olub. Hakimlər qərar verib: qız atası ilə yaşamalıdır.

Sayt yazır ki, cütlük Bakıda Moldova ədalət məhkəməsindən gizlənir. Həmçinin məlum olub ki, qız əvvəllər Dnestryanı ərazisindən keçirilərək bir neçə dəfə Moldovadan gizli şəkildə çıxarılıb. Bunu Ukrayna Dövlət Sərhəd Xidmətinə edilən sorğuya verilən rəsmi cavab da sübut edir. Bu vaxt, məhkəmə, atanın xeyrinə qərar verilməmişdən əvvəl, uşağın onun razılığı olmadan ölkədən çıxarılmasına qadağa qoyub.

Saytın yazdığına görə, beş yaşlı qız müstəqil şəkildə xaricə gedə bilməz: "Qeyri-rəsmi məlumatlara görə, Ramil Həsən uşağın Moldovadan qeyri-qanuni aparılmasını ört-basdır etmək üçün dəfələrlə diplomatik pasportdan istifadə edib".

Məlumatda daha sonra deyilir: "Bir neçə həftə əvvəl azərbaycanlı deputat şübhəli əmək haqqı sənədi ilə qalmaqala qarışmışdı. Ramil Həsənin məhkəməyə təqdim etdiyi sənəddə onun beynəlxalq biznesin inkişafı üçün çalışdığı və Bakıda yerləşən Etna Group şirkətinin icra komitəsinin üzvü olduğu və 11 min dollar maaş aldığı bildirilib.

Qarşı tərəfin nümayəndələri Ramil Həsənin çox güman ki, Moldova ədalət məhkəməsini aldatdığı və ya əksinə Azərbaycanda vergi ödəməkdən yayınması ilə bağlı arqumentlər təqdim edib".

Deputat Ramil Həsən bu iddialara hələ ki münasibət bildirməyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.