Hüquq tələbələri 4 saylı cəzaçəkmə müəssisəsinin fəaliyyəti ilə tanış olublar

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin ədliyyə orqanları və məhkəmələrlə tanışlıq aylığı çərçivəsində tədbirlər davam edir.
Yenilik.az xəbər verir ki, dünən tələbələr Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Tələbələr beynəlxalq standartlara uyğun inşa edilmiş cəzaçəkmə müəssisəsinin fəaliyyəti, qadın məhkumların saxlanma şəraiti barədə müfəssəl məlumat alıblar. Cəza çəkənlərin çalışdıqları istehsalat sahələri, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılmış klub, kitabxana, ibadət otağı, peşə məktəbi, habelə müasir avadanlıqla təchiz olunmuş tibb-sanitar hissəsi və yeməkxana tələbələrdə böyük maraq doğurub.
Tanışlıq zamanı həmçinin, qadın məhkumlarından ibarət öz fəaliyyət dərnəyinin çıxışları izlənilib.
Tələbələrin Penitensiar xidmətin fəaliyyəti, müvafiq hüquqi normativ sənədlər və onları maraqlandıran digər sualları cavablandırılıb.






OXŞAR XƏBƏRLƏR