Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Vəkillər Kollegiyasının üzvləri üçün təlimlərin açılışı olub

Vəkillər Kollegiyasının üzvləri üçün təlimlərin açılışı olub

Vəkillər Kollegiyasının üzvləri üçün təlimlərin açılışı olub
2022-11-04 , 17:13

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə UNİCEF-in Azərbaycan Nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda Vəkillər Kollegiyasının üzvləri üçün təlimlərin açılışı olub.

Yenilik.az xəbər verir ki, təlimin açılışında Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov giriş sözü ilə çıxış edərək iştirakçıları Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovun adından salamlamış, təlimin əhəmiyyətindən, UNİCEF ilə Vəkillər Kollegiyasının birgə əməkdaşlığı və əməkdaşlıq çərçivəsində görülmüş işlər, Vəkillər Kollegiyası tərəfindən tədris sahəsində görülmüş işlər, o cümlədən yeni istifadəyə verilmiş vəkillərin onlayn tədris platforması barəsində təlim iştirakçılarına məlumat verib.
Eyni zamanda açılış nitqi ilə UNİCEF-in Azərbaycan ofisinin uşaq müdafiəsi departamentinin rəhbəri Vüqar Salmanov çıxış edərək son dövrlərdə Vəkillər Kollegiyası ilə UNİCEF-in uğurlu əməkdaşlığından, uşaq hüquqlarının müdafiəsində vəkillərin roludan, uşaq hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış vəkillərin UNİCEF-in fəaliyyətinə cəlb edilməsindən bəhs etib.
Sonra, Vəkillər Kollegiyasının üzvü, uşaq hüquqları üzrə ekspert Rafiq Alışov tərəfindən “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda təlim keçirilib.







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.