Yenilik.Az
www.Yenilik.Az » Ölkə » İrana möhtəşəm cavab:"Təbriz Azərbaycandır!"-VİDEO

İrana möhtəşəm cavab:"Təbriz Azərbaycandır!"-VİDEO

İrana möhtəşəm cavab:"Təbriz Azərbaycandır!"-VİDEO
2022-11-13 , 23:00

İranın ermənipərəst "Səhər" telekanalında son zamanlar artan anti-Azərbaycan çıxışları, həmçinin bir neçə gün əvvəl yayımlanan "Səhər salamı” adlı verilişdə aparıcıların Azərbaycan Respublikası şəhərlərinin adlarını İran ərazisi kimi təqdim edərək salam göndərməsi cavabsız qalmadı. 

Yenilik.az xəbər verir ki, İctimai Televiziyada yayımlanan "Yekun Xəbər" verilişinin aparıcısı Nigar Sabirqızı çıxışında İranın ermənipərəst və anti-İslam "molla rejimi" tərəfindən beyni yuyulmuş "Səhər salamı”nın aparıcılarının Azərbaycanla bağlı sayıqlamalarına sərrast cavab verilib. 
N.Sabirqızı Güney Azərbaycanda yaşayan və "molla rejimi"nin ermənipərəst siyasətinə kölə kimi xidmət edən aparıcı və deputatlara xitab edəək "Niyə istəmirsiniz ki, fars uşaqları Firdovsini öz ana dilində oxuduğu kimi, Azərbaycan uşaqları da Şəhriyarı, Bəxtiyar Vahabzadəni, Səməd Vurğunu öz ana dilində oxusun?" deyib. "Bu gün hər şeyi öz adı ilə çağırmağın zamanıdır" deyən N.Sabirqızı əlavə edib ki, "Təbriz Azərbaycandır! Nə zamansa Təbriz də, İrandakı digər qədim torpaqlarımız da öz azadlığına qovuşacaq!"
Həmin görüntüləri təqdim edirik: 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.