Yenilik.Az
www.Yenilik.Az » Ölkə » "İran özünü real düşmən kimi aparır"-VİDEO

"İran özünü real düşmən kimi aparır"-VİDEO

"İran özünü real düşmən kimi aparır"-VİDEO
2022-11-14 , 03:29

Əməkdar jurnalist Mirşahin Ağayev müəllifi və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişində növbəti dəfə İranın Azərbaycana olan münasibətini ifşa edib. 

Yenilik.az xəbər verir ki, Mirşahin İranın Azərbaycana qarşı hərəkətlərinin düşmən hərəkəti olduğunu və buna görə üzr istəməsinin vacib olduğunu bildirərək "İran özünü real düşmən kimi aparır" deyib:
“Bizim İrandan gözlədiklərimiz daha konkret, daha əxlaqidir. İran Araza mobil körpü salaraq üzü Azərbaycana hərbi təlim keçirir. Bu körpü birbaşa Zəngəzur dəhlizinə qarşı idi. İran Azərbaycanın İrandakı səfirini Xarici İşlər Nazirliyinə dəvət edəndə elə bilirdim, üzr istəməyə çağırıb, onlar bir qələtdir olub deyəcəklər. Amma bu baş vermədi, Azərbaycan Xarici İşlər Nazirliyi də öz növbəsində İranın Azərbaycandakı səfirini XİN-ə dəvət etdi və İranın düşmən hərəkətlərini ona çatdırdı. Mən bilmirəm, səfir dedimi ki, qələt eləmişik?”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.