Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Samir Feyruzov:"Fransanın Azərbaycandakı səfiri XİN-ə çağrılmalı, ən sərt nota verilməlidir"

Samir Feyruzov:"Fransanın Azərbaycandakı səfiri XİN-ə çağrılmalı, ən sərt nota verilməlidir"

Samir Feyruzov:"Fransanın Azərbaycandakı səfiri XİN-ə çağrılmalı, ən sərt nota verilməlidir"
2022-11-16 , 08:27

"Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul etməsi, hökumətin bu sənəd ilə qondarma “artsax respublikası”nın müstəqilliyini tanımağa çağırış etməsi gözlənilən idi. Bu məsələdə təəccüblü heç nə yoxdur. Çünki Fransa və Ermənistanı eyni ideoloji-siyasi "keyfiyyətlər" birləşdirir. Hər iki ölkə soyqırıma imza atmış ölkələrdir." Yenilik.az xəbər verir ki, bunu siyasət yazarı Samir Feyruzov bildirib. 
S.Feyruzov bildirib ki, "1992-1993-cü illərdə Ermənistan Qarabağda, 1994-cü ildə isə Fransa Ruandada kütləvi soyqırım siyasəti həyata keçirmişdi. 
Artıq qalib ölkə kimi Azərbaycan müdafiə mövqeyindən çoxdan çıxıb, bundan sonrakı münasibətlərdə strateji hədəflərə hesablanan hücum takstikasını seçməliyik. 
Biz nə etməliyik? Birinci mərhələdə Azərbaycan Parlamenti Fransanın Əlcəzairdə həyata keçirdiyi soyqırım siyasəti ilə bağlı sənəd hazırlayıb müzakirəyə çıxarsın. 
Bizim iş bacarmaz deputatlarımız bu günə qədər Fransaya dövlət vəsaitləri hesabına sadəcə turist səfərləri ediblər, yeyib-içib, gəzib gəliblər. 
Fransanın Azərbaycandakı səfiri XİN-ə çağrılmalı, ən sərt nota verilməlidir. 
S.Feyruzov qeyd edib ki, "Mən ona görə yazırdım ki, Azərbaycanda ciddi beyin mərkəzləri qurulmalıdır. Risk tələb edən ölkələrlə, eləcə də Fransa ilə bağlı ciddi araşdırmalar aparılmalı, bu istiqamətdə alimlər, ideoloqlar yetişdirilməlidir. Əks halda, bizə qarşı hər bir hücumda adekvat cavab vermək üçün resurssuz qalacağıq. Araşdırılmalıdır ki, biz, Fransaya qarşı hansı addımları ata bilərik, yoxdursa da, bu rıçaqları yaratmalıyıq. 
Zaman-zaman Azərbaycanı qondarma "erməni soyqırımı" və "artsax"la təhdid edən Fransaya qarşı adekvat mexanizmlər, rıçaqlar  formalaşdırmalıyıq. 
S.Feyruzov daha sonra Fransa və Ermənistanın təcavüzkar və faşist mahiyyətinə toxunaraq əlavə edib ki, "1830-1962-ci illərdə 1,5 milyondan artıq əlcəzairli fransızlar tərəfindən öldürülüb, ümumilikdə 10 milyon əlcəzairli Fransanın soyqırımına məruz qalıb. Ermənistan 1991-1993-cü illərdə Qarabağda azərbaycanlıları soyqırıma məruz qoydu, minlərlə insan işgəncələrlə qətlə yetirildi, 1 milyon insan öz ev-eşiyindən qovuldu. Qeyd edim ki, bu ilin noyabr ayının 1-də Prezident İlham Əliyev Əlcəzairin paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etmişdi. Bu abidə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunub."

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.