Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Vergi Məcəlləsinə sosial şəbəkələrlə bağlı dəyişiklik ediləcək-LAYİHƏ

Vergi Məcəlləsinə sosial şəbəkələrlə bağlı dəyişiklik ediləcək-LAYİHƏ

Vergi Məcəlləsinə sosial şəbəkələrlə bağlı dəyişiklik ediləcək-LAYİHƏ
2022-11-16 , 08:44

2023-cü ilin 1 oktyabr tarixindən başlayaraq Facebook (İnstagram və digər sosial şəbəkələr) Azərbaycan ərazisində reklam xidməti göstərəcəksə, yəni yerli şirkətdən və ya vətəndaşdan reklam üçün vəsait qəbul edəcəksə vergi orqanında elektron qeydiyyata alınmalıdır. Yenilik.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində yeni maddənin əlavə edilməsi nəzərdə tutulur. 
Yeni əlavə ediləcək 33.8-1-ci maddədə qeyd edilir ki, "Rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydası müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir."

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.