Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyasına start verilir

“Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyasına start verilir

“Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyasına start verilir
2022-11-16 , 08:50

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” kampaniyasına start verilir. 
Yenilik.az xəbər verir ki, Debat forumu 25 noyabr – 10 dekabr tarixlərində qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq tədbirləri çərçivəsində keçiriləcək.
Forumun məqsədi yeniyetmə və gənclərin debat metodologiyası vasitəsilə gender əsaslı zorakılıq və ayrı-seçkilik barədə maariflənməsini təmin etmək, eyni zamanda natiqlik, özünüifadə, təhlil və araşdırma bacarıqlarını artırmaqdır. Forum, həmçinin qeyd olunan mövzuların müzakirəsində gənclərin iştirakına şərait yaratmaqdır.
Noyabr-dekabr ayları ərzində Bakı, Gəncə, Mingəçevir, Şəki və Şirvan şəhərlərində yerləşən orta məktəb, internat məktəbi, kollec və universitetlərdə debat metodologiyası əsasında sözügedən mövzularla bağlı təlim, görüş və debat turnirləri təşkil olunacaq. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.