Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Dələduzluqla sərvət sahibi olan Fərhad Əhmədov

Dələduzluqla sərvət sahibi olan Fərhad Əhmədov

Dələduzluqla sərvət sahibi olan Fərhad Əhmədov
2022-11-20 , 13:00

Rusiya vətəndaşı olan azərbaycanlı iş adamı Fərhad Əhmədovun adı daha bir qalmaqalda çəkilir. 66 yaşlı milyarder bu dəfə saxtakarlıq və fırıldaqçılıq əməlləri ilə gündəmə gəlib. əldə olunan məlumatlara görə o, artıq 3 ildir ki, Göyçayda yerləşən malikanəsində çalışan şəxslərin əmək haqqlarını ödəməkdən imtina edir.

 
Fərhad Əhmədovun qurbanı olan Nəriman Qarayev bildirir ki, o və iş yoldaşları 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər Göyçay rayonu, Potu kəndində yerləşən, Fərhad Əhmədova məxsus malikanədə işləyiblər. Bu günə qədər zəhmət haqqlarının bir qismini ala bilmədiklərini bildirən Nəriman Qarayev, Fərhad Əhmədovun onlara 300 min dollar borcu olduğunu qeyd edir.
 
Fərhad Əhmədovun növbəti qurbanı isə Şərifov Şövqü adlı şəxs olub. O da Fərhad Əhmədova məxsus malikanədə 3 il müddətində çalışıb, lakin bu müddət ərzində əməkhaqqı ala bilməyib. Araşdırmalar nəticəsində o da məlum olub ki, Fərhad Əhmədov işə cəlb etdiyi şəxslərə əməkhaqqlarının artıqlaması ilə ödəniləcəyi barədə razılığa gəlib. Lakin iş prosesinin sonunda vədinə əməl etməyən milyarder öhdəliklərindən imtina edib.
 
Narazılıqları susdurmağa çalışan Fərhad Əhmədov müxtəlif bəhanələrlə 4 dəfə qeyri-rəsmi yerli, 1 dəfə isə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işlərin keyfiyyətini yoxlatdırıb. Bütün yoxlamaların müsbət nəticə verməsinə baxmayaraq Fərhad Əhmədov yenə də işçilərin əməkhaqqlarını ödəməkdən imtina edib.
 
Fərhad Əhmədovun qanunsuz əməlləri bununla da bitmir. O, Göyçay rayonunda yerləşən və kənd təsərrüfatı təyinatlı ərazilərdə qanunsuz tikinti işləri apardığı məlum olub. Ənənəvi fırıldaqçı ssenarisinə sadiq qalan Fərhad Əhmədovun bu dəfə də saxta sənədlərdən istifadə etdiyi ortaya çıxıb. Bununla yanaşı o, İsmayıllı rayonunda “Dərya” istirahət mərkəzini satın almaq və yenidən inşa etmək adı ilə yerli sahibkarlarla müqavilə imzalayıb.
 
Müaviləyə əsasən istirahət mərkəzi sökülməli və daha sonra Fərhad Əhmədov tərəfindən yenidən tikilməli, yerli sahibkarların müqavilədə nəzərdə tutulan vəsaiti ödəməli imiş. Lakin istirahət mərkəzinin sökülməsindən dərhal sonra Fərhad Əhmədov müqaviləyə əməl etməkdən imtina edib. Fərhad Əhmədovun bu cür əməlləri onun milyardlıq sərvətinin mənbələri və bu sərvətin necə qazanılması ilə bağlı da şübhələri artırır.
 
Xatırladaq ki, bir neçə il əvvəl İngiltərə məhkəməsi milyarderin pul saxtakarlığı ilə məşğul olması və saxta incəsənət kolleksiyası ilə bağlı faktları da gün üzünə çıxarıb. Nəticədə, hətta ailəsini də fırıldaqçılığa alət edən Fərhad Əhmədov keçmiş həyat yoldaşına 670 milyon dollar təzminat ödəməli olub./Gundem.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.